Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən qəsb edilmiş ərazisində işğalçı ordunun əsgəri ölüb.
Bu barədə Ermənistan mətbuatı xəbər verir.
Qeyd edilir ki, hadisə dünən yerli vaxtla saat 11:30-da baş verib. Ermənistan ordusunun hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Artem Arturoviç Kazaryan vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir.
Ermənistan ordusunun mətbuat xidməti xəbəri təsdiqləyib. Bildirilib ki, hərbi qulluqçunun ölümü ilə bağlı istintaq aparılır. (report)