“Bu gün daha 120 Azərbaycan vətəndaşının Rusiyadan Vətənə qayıtması təmin olunub”.
Bunu “Report”un Rusiya bürosuna açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib.
“Hazırda 120 nəfər Rusiya-Azərbaycan sərhədini keçib. Azərbaycana qayıtmaq istəyənlər yenə də var. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, – deyə E.Hüseynov bildirib.
O qeyd edib ki, hazırda Rusiya ilə sərhəddə toplaşan 619 nəfər Azərbaycana keçmək istəyir.