Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 24 nəfər dünyasını dəyişib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 3738-ə çatıb.
Qeyd edək ki, Rusiyada indiyədək 627 646 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 6852 nəfər bu virusa yoluxub, 188 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 8969 nəfərdir, indiyədək 393 352 nəfər sağalıb.