Daha 4 erməni hərbçinin meyitinin qalıqları təhvil verilib

24 May 2021 - 21:33

Qarabağdakı döyüşlər zamanı ölən daha 4 erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

Иu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Meyitlər Füzuli rayonu ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 557-yə çatıb