Daha bir Avropa ölkəsi Rusiyadan qaz idxalına qadağa qoyur

Finlandiya 2025-ci ildən Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalını qadağan edəcək.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin ətraf mühit və iqlimin mühafizəsi naziri Kay Mykkanen bildirib.

Onun sözlərinə görə, hökumət bu il müvafiq qanun layihəsi hazırlayacaq.

Nazir deyib ki, Rusiyadan idxal olunan LNG-nin həcmi cüzidir və ayda bir neçə milyon avro təşkil edir. Eyni zamanda, boru kəməri ilə qaz tədarükü, Finlandiya hakimiyyətinə hər ay yüz milyonlarla avroya başa gəlir.

Hazırda Finlandiyanın “Gasum” şirkəti müqavilə öhdəliklərinə görə Rusiyadan LNG idxalını davam etdirir. Bununla belə, məlumatlara görə, Finlandiyanın ən böyük terminalı olan “İnkoo”da qazın nəqlinə artıq qadağa qoyulub.

Azpost.info

Əvvəlki məqalə

Cənubi Koreya ordusu Şimali Koreyaya xəbərdarlıq edib

Sonrakı məqalə

Ağdaşda yol qəzası olub, ölən var