“Cənubi Koreya “Teleqram”la bağlı araşdırma başladıb.
Azpost.info xəbər verir ki, bu barədə “Yonghap” agentliyi məlumat yayıb.
“Teleqram” rəqəmsal cinsi cinayətlərə köməklik etməkdə şübhəli bilinir. Ölkə polisi “Teleqram”ın yaradıcısı Pavel Durovun saxlanıldığı Fransa ilə əməkdaşlıq edəcək.
Cənubi Koreya hakimiyyəti “Teleqram”ın istifadəçi məlumatlarını verməkdən imtina etdiyini iddia edir. Bundan başqa, Durovun şirkəti digər ölkələrdə, o cümlədən ABŞ-da oxşar tələbləri rədd edir.
Cənubi Koreya polisi artıq saxta məlumat şübhəsi ilə səkkiz “Teleqram” botunun işini öyrənir. Qrup söhbətləri də yoxlanılır.
Avqustun 28-də ölkə prezidenti Yoon Seok-yeol Cənubi Koreyada “Teleqram”la bağlı araşdırma aparmağa çağırıb. Dövlət başçısı bu barədə messencerdə yerli qadınların yer aldığı saxta görüntü və videoların yayılmasından sonra açıqlama verib.
Bundan əvvəl Fransa polisi də “Teleqram”la bağlı araşdırma başladıb.
Azpost.info