Danimarkada NATO-nun 70 illiyinə həsr edilmiş tədbir ləğv olunub- SƏBƏB

NATO-nun 70 illiyi münasibətilə Danimarkada keçirilməsi nəzərdə tutulan tədbir gözlənilmədən onun təşkilatçısı – Atlantika müqaviləsinin Danimarka Assosiasiyası tərəfindən ləğv edilib. Buna səbəb o olub ki, ABŞ-ın Danimarkadakı səfirliyi öz narazılığını bildirib.

ABŞ-ın Danimarkadakı səfiri Karla Sends bazar günü Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki, ABŞ-ın indiki siyasətini tənqid etməsi ilə məşhurlaşmış politoloq Stenli Sloanın həmin tədbirdə çıxış edəcək şəxslərin konfrans başlanana qədər hazırlanmış siyahısından çıxarılmasını tələb edib.

Atlantika müqaviləsinin Danimarka Assosiasiyasının baş katibi Lars Banqert Struve deyib: “Biz heç vaxt şübhə etmirdik ki, Stenli Sloan bizim konfransda obyektiv çıxış edəcək. Məhz bu səbəbdən, ABŞ səfiri Stenli Sloanın iştirakının ləğv olunmasını tələb edənə qədər biz onu iştirakçı kimi saxlayırdıq”.

Məruzəçi Stenli Sloanın çıxışı ləğv ediləndən sonra Danimarka təşkilatı bütün tədbirin ləğv olunması barədə qərar qəbul edib.

Qeyd edək ki, dekabrın 10-da başlanması nəzərdə tutulan bu tədbirin təşkilatçıları Atlantika müqaviləsinin Danimarka Assosiasiyası və ABŞ-ın Danimarkadakı səfirliyi idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul etdi:

Sonrakı məqalə

VHP növbədənkənar parlament seçkilərində iştirak edəcək