Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektoruna yeni müdir təyin edilib. AzPost-un "Unikal"a istinadən məlumatına görə, sözügedən rayonlar üzrə təhsil sektorunun müdiri vəzifəsinə Vüsal Cəfərov təyinat alıb. O, bu təyinata qədər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayon üzrə təhsil sektorunun müdiri vəzifəsində çalşıb. Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil  sektoruna əvvəlki müdiri Xəyal Məmmədov bu illin fevralında vəzifəsindən azad edilib. AzPost.az