Daxili İşlər Nazirliyi Tovuzda baş vermiş qətllə bağlı rəsmi məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Tovuzda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 13-də saat 9 radələrində Tovuz şəhəri ərazisində Qədirli kənd sakini, əvvəllər məhkum olunmuş Firudin Ələkbərlinin işlədiyi ofisə gəlmiş Yanıqlı kənd sakini Əli Şəmiyev münaqişə zəminində odlu silahdan açdığı atəşlə ona xəsarət yetirib. Ə.Şəmiyev Tovuz Rayon Polis Şöbəsinə gələrək istintaqa könüllü təslim olub. O, cinayəti törədərkən istifadə etdiyi “Makarov” markalı tapançanı və 16 patronu təhvil verib.

Xəstəxanaya yerləşdirilmiş F.Ələkbərli orada ölüb.

Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) və 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada niyə insanlar küçəyə çıxır? –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu –