Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Delimitasiya İranla sərhədə qədər davam edəcək –

User 16 Yanvar 2025 - 18:32 (Last updated: 21 May 2025 - 20:15)
serhed nisan

2025-ci il yanvarın 16-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib.

Azpost-un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 11-ci görüşünün nəticələrinə dair mətbuat açıqlamasında bildirilib.

Qeyd edilib ki, görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.

Həmçinin tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.

Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Post navigation

Previous: “Park Yasamal” layihəsi niyə təhvil verilmir? – “Vəd verib, pulumuzu alıblar, amma…”
Next: Müdafiə Nazirliyinin xidmət rəisinə hökm oxundu

Oxşar xəbərlər

enerji
  • Baş Yazı

Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır?

User 28 Oktyabr 2026 - 12:26
ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
mirsake
  • Baş Yazı

Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

User 27 Oktyabr 2026 - 13:14

xƏBƏR

1740495806_manat-1560526404-1
  • Sosial

2027-ci ildə yaşayış minimumu 314 manat olacaq – Pensiyaçılar və uşaqlar üçün yeni məbləğlər

User 28 Oktyabr 2026 - 13:23
2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının həddinin artırılması nəzərdə tutulur. Gələn ilin dövlət büdcəsi haqqında...
Read more about 2027-ci ildə yaşayış minimumu 314 manat olacaq – Pensiyaçılar və uşaqlar üçün yeni məbləğlər
Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edib mekteb
  • Sosial

Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edib

User 28 Oktyabr 2026 - 13:17
Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
Məhəmmədhaqqının 70-ci yubiley Haqqı musa02
  • Sosial

Məhəmmədhaqqının 70-ci yubiley Haqqı

User 28 Oktyabr 2026 - 12:58
“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.