Azərbaycan Demokratik Jurnalistlər Liqası İctimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan multikulturalizmi modeli örnəkdir - teledebatlar” mövzusunda layihənin icrasını davam etdirir. Layihə çərçivəsində dövlətin əsas istiqamətindən biri olan multikulturalizm siyasətinin təşviq edilməsi məqsədilə ilk televiziya müzakirəsi keçirilib. İlk verilişin iştirakçıları - Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, millət vəkili Azər Allahverənov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, layihə rəhbəri Yadigar Məmmədli olub. Verilişin aparıcısı Billurə Aslanqızıdır. Ətraflı video:  https://youtu.be/fszc9GRFwlU   AzPost.az