“Deputat və kukla” qalmaqalı böyüdü-Aparıcı Fəzail Ağamalını “tapşırıqla səs verən” adlandırdı

İctimai Televiziyanın “3D” adlı layihəsində aparıcı Dadaş Dadaş oğlu Dadaşlinskinin bu dəfəki qonağı Əməkdar artist Elza Seyidcahan olub.

“Yeni Sabah” xəbər verir ki, Dadaş Dadaşlinski söhbət zamanı deputat Fəzail Ağamalını sərt tənqid edib.

“Bu gün saytlara baxıram, dünən verilişdən sonrakı çıxışım müzakirələrə səbəb olub. Belə ki, millət vəkili Fəzail Ağamalı dünən qonağım olmalıydı. Gəldi və qarşı tərəfdə oturmaqdan imtina etdi. Sonra isə saytlara müsahibə verib və deyib ki, “mən kukla ilə üzbəüz oturub, ona müsahibə vermək istəmirəm”.

Sadəcə bir söz deyə bilərəm. Kukla sözünün mahiyyəti nədir? Kukla, başqasının iradəsi ilə sual vermədən, hərəkət edən adama deyilir. Məsələn tapşırıqlarla hərəkət edən, qərar qəbul edən, hətta səs verən adama kukla demək olar. Mən sual verirəm və sualıma cavab verirəm”, – deyə Dadaş Dadaşlinski bildirib.

Verilişin qonağı Elza Seyidcahan isə bildirib ki, bəzi insanlardansa kuklalara daha çox üstünlük verir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunu qazandı –

Sonrakı məqalə

“Gürcüstan mütləq NATO-nun üzvü olacaq”