Deputat yenə təklifini səsləndirdi:"Dərslər sentyabrın 1-dən başlasın"

Bu gündən etibarən artıq yeni dərs ili başladı. Bəzi vətəndaşlar dərsin sentyabrın1-dən, bəziləri isə sentyabrın 15-dən başlamasının tərəfdarıdır.

“Yeni Sabah” xəbər verir ki, deputat Fazil Mustafa da bu məsələyə öz münasibətini bildirib. O qeyd edib ki, bu gecikmə şagirdlərin məktəbə adaptasiyasına mənfi təsir göstərir.

“Bu gün bir daha əmin oldum ki, biz azərbaycanlılar zamanın tələb etdiyi ağıllı qərarları bir neçə il gecikməklə aldığımıza görə, uduzmuşuq. Dərslərin sentyabrın 1-dən başlaması sadəcə zərurətdir. Qoy iyunun 15-dək davam etsin, ancaq buradan da əlavə 15 gün qazanmış olarıq. Onsuz da müəllimlərin hamısı avqustun sonlarından məktəbdə işə cəlb olunurlar.

Burada arqument axtarmağa da gərək yoxdur. Qarabağ savaşında məğlub olmuş, milyona yaxın qaçqını olan bir xalqın övladlarının fasiləsiz təhsildən başqa nicatı yoxdur. Hər il itirdiyimiz bu 15-16 gün üst-üstə yığılanda az vaxt etmir.

İllərdir xəbərdarlıq etdiyim cəhalət, xurafat dalğası bu ilin mənzərəsini seyr edən çoxlarını artıq rahatsız etməyə başlayıb. Cəhalətin də yeganə alternativi mümkün qədər çox vaxtın təhsilə sərf olunmasıdır. “Bilik günü” ifadəsi də bu vaxt dəyişiminə görə saxta görünür. Azərbaycan insanı üçün hər gün bilik günü olmalıdır, biz bu cür vaxt itikiləri ilə dünya ilə ayaqlaşmada çətinlik çəkəcəyik.

Məktəblərdə Novruz bayramı tətilini də 3 gündən artıq etmək vaxt itkisidir. Bu eyni zamanda ali təhsil müəssisələrinə, kolleclərə də aiddir. Tam məsuliyyətimlə deyirəm, bu 15 gün gecikmə, ardınca da bir həftə adaptasiya ilə bağlı boşuna keçirilən vaxt təhsilin keyfiyyətinə də pis təsir göstərir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SOCAR son 10 ildə 400 milyard manat gəlir əldə edib

Sonrakı məqalə

Virtual “Press Klub” açılır –