Deputat:"Mənşəyi məlum olmayan dərmanlar və onların reklamlarına nəzarət edilməlidir"

Bəzən özəl idman müəssiələrində qida əlavələri, proteinlər və müxtəlif kimyəvi maddələrin kortəbii şəkildə istifadə olunması hallarına rast gəlinir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Şahin İsmayılov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, bundan əlavə, bəzən insanlara çəki azaltmaq üçün müxtəlif vasitələrdən kortəbii şəkildə istifadənin reklam edilməsini görürük:

“Araşdırmalar göstərir ki, əslində bu vasitələrdən kortəbii istifadə ciddi xəstəliklərə, xüsusən də xərçəng xəstəliyinin yaranmasına gətirib çıxarır. Mənşəyi məlum olmayan dərmanlara, qida vasitələrinə və onların reklamlarına mərkəzləşdirilmiş şəkildə nəzarət etmək yaxşı olardı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Oqtay Əsədovdan deputatlara xəbərdarlıq:

Sonrakı məqalə

Zahid Oruc Əli Əsədova çağırış etdi: