Deputatdan şəhid yaxını ilə bağlı təsirli paylaşım

- FOTO
09 Noyabr 2019 - 15:04

Deputat Aydın Mirzəzadə sosial şəbəkədə təsirli paylaşım edib.

Modern.az-ın məlumatına görə, paylaşımda deputat qeyd edib ki, Azərbaycan radiosunda Dövlət Bayrağı Günü münasibəti ilə verilişə dəvət edilib. Veriliş zamanı studiyaya təsirli şəkil və mətn göndərilib. Mətndə bu sözlər yazılıb:

“Bu ağlayan mənim şagirdimdir. Şəhid Rəşad Atakişiyevin qardaşı oğludur. Dünən dərsdə vətən, şəhidlər mövzusunda söhbətimiz əsnasında gördüm, ağlayır. Dedi, əmim yadıma düşdü, müəllim. Xətai rayonu, 191 nömrəli məktəb”.