Deputatlar Şəhid Denis Əliyevin ailəsi ilə görüşüblər-FOTO

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və komitənin üzvü, Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelin Vətən müharibəsi şəhidi Denis Əliyevin ailəsini ziyarət edib, həyat yoldaşı Aynur xanım və qızı Alina ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı mono-etnik Ermənistandan fərqli olaraq, çoxmillətli Azərbaycanın dinc yanaşı yaşamağın ən gözəl ünvanı olduğunu bildirən komitə sədri dini, milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı Vətən amalının birləşdirdiyini vurğulayıb. Q.Paşayeva sivilizasiyalar və dinlərarası dialoq və barışığın, multikulturalizmin beşiyi olan Azərbaycanın bu yüksək bəşəri keyfiyyətlərə hələ qədim dövrdən etibarən malik olduğunu söyləyib. O, Denis Əliyev kimi ləyaqətli vətəndaşların, onun ailəsinin timsalında Vətənə bağlı bütün etnik topluluqların, xalqların varlığını işğalçı Ermənistanın post-müharibə dövründə də davam edən anti-Azərbaycan təbliğatına ən layiqli cavab kimi dəyərləndirib.

Milli Məclisin deputatı Mixail Zabelin şəhid Denis Əliyevin Azərbaycanın müdafiəsinə qalxan yeganə rus vətəndaşımız olmadığını bildirib. M.Zabelin əvvəllər də, indi də həm şəhidlər, həm də qazilər arasında müxtəlif dinlərə və millətlərə mənsub vətəndaşlarımızın olduğunu, onların hamısını müstəqil Azərbaycan amalının birləşdirdiyini, bundan sonra da belə olacağını söyləyib.

Deputatlar şəhidin qızı Alinanın artıq bütün vətənsevər Azərbaycan xalqına əmanət olduğunu bildiriblər.

Qeyd edək ki, Denis Əliyev general-mayor Polad Həşimovun Tovuz döyüşlərində şəhid olmasından sonra “Generalın qisasını alacağam!” deyərək hərbi xidmətə yollanmaq üçün Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinə müraciət edib. Arzusuna 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda çatan Denis Əliyev döyüşlərə yollanıb. Döyüşlərin birində ağır yaralanan Denisi silahdaşları əməliyyat zonasından çıxarsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdiyi fədakarlığa görə Denis Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Belarus Ukraynanın hərbi attaşesinə etiraz notası təqdim edib

Sonrakı məqalə

Son sutkada ölkəmizdə COVID-19-a 1394 nəfər yoluxub –