Milli Məclisdə Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi anılıb. AzPost xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması haqqında çıxış edib. Sədr həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Bununla bağlı prezidentin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının fəaliyyətindən danışıb. Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus Qroznıya gedən "Embraer 190" təyyarəsi Aktau şəhərindən 3 km aralıda qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər xəsarət alıb.