Əli Həsənov da namizəd olmayacaq –

"İsa Qəmbərin alternativi kimi mandat qazanmışam”
27 Dekabr 2019 - 13:11

“Mən deputatlığa namizədliyimi irəli sürməyəcəm”.

Bunu Baş nazirin sabiq müavini Əli Həsənov bildirib.

Ə.Həsənov deyib ki, deputatlığa namizədliyini vermək fikrində olmayıb: “Mən sovet dövründə istəməyə-istəməyə deputat seçilmişəm. İkinci dəfə isə 1995-ci ildə İsa Qəmbərin alternativi olaraq deputat mandatı qazanmışam”. (APA)