DİM: Qəbul imtahanı verən abituriyentlər nəticələr haqda elektron arayış əldə edə bilərlər

Məlum olduğu kimi, 2019-cu ildən etibarən Dövlət İmtahan Mərkəzi bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin “Şəxsi kabinet”lərinə yeni elektron xidmət inteqrasiya edib.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, bu xidmət vasitəsilə abituriyentlər 2020-ci və 2019-cu ildə iştirak etdikləri birinci və ikinci mərhələ üzrə qəbul imtahanlarında topladıqları ballar, həmçinin ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə etmək imkanına malik idilər.

Dövlət İmtahan Mərkəzi tərəfindən istifadəçilərin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması, məlumatın sərbəst əldə edilməsinin təmin olunması, eləcə də koronavirus pandemiyası ilə əlaqədar ölkədə və dünyada tətbiq olunan məhdudiyyətlər nəzərə alınaraq bu xidmətin imkanları daha da genişləndirilib. Belə ki, artıq 2018-ci və 2017-ci illərdə qəbul imtahanı verən abituriyentlər də qeyd olunan elektron xidmət vasitəsilə nəticələri haqqında arayış əldə edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanlı alim: “Koronavirusun yeni növü ilə bağlı məlumatları bu qədər həyəcanla tirajlamaq hələ tezdir”

Sonrakı məqalə

Məktəbdaxili qiymətləndirmənin hansı formada aparılması ilə əlaqədar qərar layihəsi hazırlanıb