Təxminən 5 ilə bəzi ixtisaslar ləğv olunacaq. Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib. O bildirib ki, hər gün eyni işi görən, müəyyən cədvəl işi ilə məşğul olan bir çox peşə sahibləri var: “Bu ixtisaslar təxminən 5 ilə ləğv olunacaq”. ©report AzPost.az