DİM sədri:

"İmtahana telefon və ya başqa vəsait keçirmək mümkün olmayacaq"
01 İyun 2020 - 12:08

“Abituriyent və məzunlara müraciət edirəm ki, qaydalara uyğun imtahan versinlər, bu, onların sağlamlığına təsir göstərməsin. Bunun üçün onlar imtahana maskada gəlməlidirlər”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, imtahanlar ciddi nəzarət altında keçiriləcək: “Kimsə sizi aldadıb telefon və ya başqa vəsait keçirməyə inandıra bilər, bilin ki, bu, mümkün olmayacaq, hamısı yoxlanacaq. İmtahanla bağlı bütün materialları DİM-in saytından əldə etmək mümkündür. Üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün sentyabrda yenidən imtahan keçirəcəyik”.