DİM sədri:"İmtahana telefon və ya başqa vəsait keçirmək mümkün olmayacaq"

“Abituriyent və məzunlara müraciət edirəm ki, qaydalara uyğun imtahan versinlər, bu, onların sağlamlığına təsir göstərməsin. Bunun üçün onlar imtahana maskada gəlməlidirlər”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, imtahanlar ciddi nəzarət altında keçiriləcək: “Kimsə sizi aldadıb telefon və ya başqa vəsait keçirməyə inandıra bilər, bilin ki, bu, mümkün olmayacaq, hamısı yoxlanacaq. İmtahanla bağlı bütün materialları DİM-in saytından əldə etmək mümkündür. Üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün sentyabrda yenidən imtahan keçirəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Evdə koronavirus xəstəsi yoxdursa imtahana girə bilərsən –

Sonrakı məqalə

“Cümhuriyyətin varisləri bizik, onlar erməni lobbisi ilə birləşib Azərbaycana qara yaxanlardır”