DİN Novxanı yolundakı qəzada ölən Fransa vətəndaşı ilə bağlı açıqlama verdi

10 Mart 2021 - 11:57

Daxili İşlər Nazirliyi (DİN) Abşeronda Fransa vətəndaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatına görə, martın 9-da saat 17 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri T.Vəliyevanın idarə etdiyi “Peugeot” və R.Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü, eləcə də T.Vəliyevanın sərnişinləri – 10 yaşlı qızı Selin Maria və 7 yaşlı oğlu Rafael Nadim xəstəxanaya yerləşdirilib, oğlu orada ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı qəzaya düşən ailə Fransa vətəndaşlarıdır.