Dini Liderlərin Qlobal Sammitinin ikinci günü başlayıb

Bu gün Bakıda Dini Liderlərin Qlobal Sammitinin ikinci günü başlayıb.

“Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda davam etdirilən sessiyada iqlim dəyişiklikləri ilə bağlı fikirlər dinləniləcək.

Qeyd edək ki, COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammiti 2024-cü il noyabrın 5-6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda keçirilir.

“Dünya dinləri yaşıl planet naminə” şüarı altında keçirilən Sammit Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Müsəlman Ağsaqqalları Şurası, BMT Ətraf Mühit Proqramı (UNEP) və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə dünyanın 300-ə yaxın tanınmış dini liderləri, xarici dövlətlərin nümayəndələri, BMT-nin yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların rəhbərləri, elm və din xadimləri iştirak edirlər.

Əvvəlki məqalə

Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

Sonrakı məqalə

Tramp həlledici ştatlarından olan Corciyada qalib gəlir –