“Əhalinin gəlirləri artdı, ona görə…” –- Putin "yumurta böhranı"ndan danışdı

Rusiya prezidenti Vladimir Putin yerli sahibkarlarla görüşündə ölkəsindəki “yumurta böhranı”na aydınlıq gətirib.

Azpost.info xəbər verir ki, Putin daha çox istehlak etməyə başlayan rusların gəlirlərinin artması səbəbindən ötən il yumurta qiymətlərinin təxminən 60 faiz artdığını deyib.

“Bizim istehsal həcmimiz azalmayıb. İstehlak artıb. Əhalinin gəlirləri bir qədər artıb. Nəticədə daha çox yumurta və toyuq əti almağa başlamışıq”, – Putin deyib.

Onun sözlərinə görə, bu vəziyyətdə Rusiya rəsmiləri sadəcə məsələyə vaxtında köklənmədi və idxalı açmadılar: “Bum yarandı və qiymətlər uçdu. Ona görə də çox diqqətli olmaq lazımdır”, – prezident qeyd edib.

Bahalaşmaya cavab olaraq hökumət dekabrda Rusiyaya 1,2 milyard yumurta idxalına icazə verib. Lakin bu, Rusinın illik istehsalı (ildə 45 milyard) ilə müqayisədə əhəmiyyətsiz bir həcmdir.

Rusiya Quşçuluq İttifaqı qeyd edib ki, Rusiya hökumətinin Azərbaycan və Türkiyədən yumurta idxal etməsi onların maya dəyərini azaltmağa kömək etməyəcək. Çünki alış qiymətləri yerli məhsullardan aşağı deyil.

Azpost.info

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

İsveçli həkimlər COVID-ə qarşı bu dərmandan istifadəyə görə peşman olublar