Dövlət Dumasının sədri Jirinovskinin ölüm xəbərini təkzib edib

25.03.2022 · 13:12 · Dünya

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün “Telegram” kanalında LPDR lideri Vladimir Jirinovskinin ölümü ilə bağlı xəbərləri təkzib edib.

“Mən Vladimir Volfoviç Jirinovskinin səhhətindən narahat olan hər kəsi əmin etmək istəyirəm ki, o, sağdır”, – siyasətçi yazıb.

Eyni zamanda, Volodin etiraf edib ki, LDPR sədrinin vəziyyəti həqiqətən də ağırdır.