Dövlət işində çalışanlar özəldən 243 manat az maaş alır –

Ölkədə ən çox harda pul verirlər? (RƏSMİ CƏDVƏL)
22 Yanvar 2020 - 10:30

2019-cu ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 15,4 faiz artaraq 623,1 manat təşkil etmişdir.

Azpost.info  “marja”ya istinadən  xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilib. Qeyd edilib ki, əməkhaqqı neft-qaz sektorunda 3059,7 manat, qeyri neft-qaz sektorunda 568 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 516,5 manat, özəl müəssisələrdə isə 759,7 manat olmuşdur.