Dövlət qulluğu üzrə sınaq imtahanına qeydiyyat davam edir –

DİM
25 Noyabr 2020 - 11:13

Noyabrın 27-də Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə AA, AB, AC, BA, BB qrupları üzrə keçiriləcək elektron sınaq imtahanına qeydiyyat davam edir.

DİM-in saytı xəbər verir ki, bu gün saat 10:50-yə olan göstəricilərə əsasən, imtahanda iştirak etmək üçün 100 nəfər (AA – 5, AC – 2, BA – 41, BB – 52) qeydiyyatdan keçib. Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada verəcəklər. İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat noyabrın 26-sı saat 17:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Xatırladaq ki, sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlardakı eyni test tapşırıqlarından istifadə ediləcək.