Dövlət Departamenti Trampı təkzib etdi:"İŞİD-in yeni rəhbərini tanımırıq"

ABŞ Əbu Bəkr əl-Bağdadinin məhv edilməsindən sonra İŞİD terror qruplaşmasının yeni lideri olmuş şəxsin kimliyi barədə demək olar ki heç nə bilmir.

Trend-in məlumatına görə, bu barədə Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi brifinqdə bildirib. Onun sözlərinə görə, Amerika hakimiyyəti silahlıların yeni lideri haqqında “demək olar ki heç nə bilmir”.

Diplomat qeyd edib: “Onun kimliyi, yəqin ki, heç kimə məlum deyil. Heç kim onun keçmişi haqqında bilmir”.

Ötən həftə ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İŞİD-in yeni liderinin kim olduğunu dəqiq bildiyini söyləyib. Daha sonra jurnalistlər üçün keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin terror ilə mübarizə məsələləri üzrə koordinatoru Neytan Seyls Vaşinqtonun İŞİD-in yeni liderinin kimliyi barədə dəqiq məlumatının olub-olmaması barədə suala cavab verməkdən yayınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə azyaşlı anaların sayı ARTIB –

Sonrakı məqalə

Baş nazir elmlər doktoru və dosent diplomunun ölçülərini və rəngini təsdiq etdi