Ermənistan Birinci Qarabağ müharibəsindən əsir və girovların qalmasını təkzib edir –Dövlət Komissiyası

Birinci Qarabağ müharibəsinin nəticələrinə görə 3 890 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

APA-nın xəbərinə görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib.

O qeyd edib ki, şahid ifadələrinə görə Birinci Qarabağ müharibəsi zamanı 872 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar var.

“Dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın aidiyyəti qurumlarına müraciət etmişik. Lakin onlar Birinci Qarabağ müharibəsindən hansısa əsir və girovların saxlanıldığını təkzib edirlər”, – deyə İ. Axundov vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə
Sonrakı məqalə

Füzuli-Şuşa yeni avtomobil yolu ilə qısa müddət ərzində hərəkət təmin olunacaq –