Dövlət orqanlarında kağız üzərində sənədləşmə ləğv ediləcək- Bu ölkədə

Özbəkistanın dövlət orqanlarında kağız üzərində sənədləşmə ləğv ediləcək.

Bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərman imzalayıb.

Sənədə görə, 2021-ci il yanvarın 1-dən Özbəkistanın dövlət orqanları və təşkilatları mərhələ-mərhələ avtomatlaşdırılmış hesabat sisteminə keçəcəklər.

Təşkilatların rəhbərləri sənədləşmənin və hesabatların elektron qaydada aparılmasına şəxsən məsuliyyət daşıyacaqlar.

Dövlət Gömrük Komitəsinə tapşırılıb ki, 2020-ci il martın 1-dək dövlət orqanları və təşkilatlarının rəhbərlərini, habelə bütün əməkdaşları elektron rəqəmsal imzalarla təmin etsin.

Bundan başqa, Prezident yanında Dövlət İdarəetmə Akademiyası iki ay ərzində vaxtdan səmərəli istifadə, bürokratiyanın, süründürməçiliyin aradan qaldırılması üzrə tədris proqramı hazırlamalıdır(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mərhum prezidentin nəvəsi Konqresə namizədliyini irəli sürür

Sonrakı məqalə

“Mühacir qalmaqalı” böyüyür