Dövlət xəstəxanaları publik hüquqi şəxsə çevrillir-Tibbi xidmətlər pullu olacaq? (AÇIQLAMA)

“Bu gün özəl klinikalar öz risklərini qiymətləndirə bildiyi kimi, icbari tibbi sığorta sisteminin tətbiq olunduğu pilot rayonlardakı xəstəxanalar da tam 100 faiz olmasa belə, əksəriyyəti özlərini müstəqil idarə edə bilirlər”.

Azpost.info “Report”a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev “Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, pilot rayonlardakı xəstəxanalara müraciət edənlərin sayı artıb: “Bu gün Mingəçevir Şəhər Xəstəxanası gün ərzində 2000-ə yaxın xəstə qəbul edir. Bu o deməkdir ki, onlar artıq maliyyə baryeri olmadığı üçün xəstəxanaya müraciət edə bilirlər. Digər tərəfdən bunun mənfi tərəfi odur ki, pasiyentlər uzun növbədə gözləməli olurlar. Bu praktika isə bütün dünya ölkələrində var”.

Z.Əliyev əlavə edib ki, 2020-ci ilin yanvar ayından icbari tibbi sığorta sistemi ölkə üzrə tətbiq olunacaq: “Əsas informasiya texnologiyalarının qurulması istiqamətində işlər aparılıb. İnanırıq ki, bu ilin sonuna qədər bütün xəstəxanalarda xəstəxana idarəçilik sistemi qurulacaq, məlumatlar elektron şəkildə mübadilə edilərək bizim sistemə inteqrasiya olunacaq. Yəqin ki, ilk dövrlərdə xəstəxana informasiya sistemlərinin bütün modullarının işləməsi bir o qədər də asan olmayacaq. Çünki bəzi xəstəxanalar buna tam öyrəşməyiblər. Ancaq qeydiyyat və digər əsas modullar işlək vəziyyətdə olacaq”.

O qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən bütün tibb müəssisələri publik hüquqi şəxsə keçirilirlər: “Bu ilin sonuna proses bitəcək. Bəzən deyirlər ki, xəstəxanalar publik hüquqi şəxsə çevrildikdə tibbi xidmətlər pullu olacaq. Bu səhv yanaşmadı. Bu o demək deyil ki, publik hüquqi şəxsə keçən xəstəxana pullu xidmətə keçir. Xəstəxanaların publik hüquqi şəxs olması onlara çeviklik verir ki, bununla maliyyə resurslarını rahat idarə edə, həm də agentlikdən və digər qurumlardan vəsait qəbul edə bilsinlər”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lənkəranda 20 Yanvar əlili itkin düşüb

Sonrakı məqalə

“Buta Palace”ın direktorunun məhkəməsi keçirilib  –