“Ukraynanın ona hücum edən Rusiyaya qarşı hərbi əməliyyatlarında istənilən fasilə yalnız rusların xeyrinə olacaq və onların yenidən silahlanmasına kömək edəcək”.
Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bu gün Estoniya lideri Alar Karislə Tallində keçirdiyi birgə mətbuat konfransında deyib.
“Rusiya üçün heç bir fasilə olmayacaq”, – Zelenski xəbərdarlıq edib.
Estoniya Ukrayna prezidentinin Baltik səfərinin ikinci mərhələsi oldu. O, Tallinə Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın müşayiəti ilə gəlib.
Azpost.info