Dronların hücumu nəticəsində Səudiyyə Ərəbistanında neft hasilatı yarıbayarı azalıb

Pilotsuz uçan aparatların Saudi Aramco şirkətinin neft obyektlərinə hücumu sutkalıq neft hasilatının 5,7 milyon barel azalması ilə nəticələnib.

OPEC-in məlumatına görə, 2019-cuilin avqustunda Səudiyyə Ərəbistanı sutkada 9,8 milyon barel neft istehsal ediirdi.

Azərtac xəbər verir ki, Saudi Aramco hücuma məruz qalmış müəssisələrdə yanğınların lokallaşdırıldığını təsdiqləyib. Şirkətin rəhbəri Amin Nasserin sözlərinə görə, aviahücumlar zamanı zərər çəkən olmayıb. Hazırda hasilatın bərpa olunması istiqamətində iş aparılır.

Şənbə gününə keçən gecə pilotsuz uçan aparatların Səudiyyə Ərəbistanında iki neftayırma zavoduna hücumu nəticəsində güclü yanğın baş verib. Yəmənin üsyançı-husiləri bildiriblər ki, zavodlara onların döyüşçüləri tərəfindən 10 dronla hücum edilib. ABŞ-ın dövlət katibi Mayk Pompeo hücumlarda İranı təqsirləndirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir