DSX İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıb-FOTO

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində rejim qaydaları­na nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə üzrə zəruri tədbirlər davam etdirilməkdədir.

DSX-nin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, 29 dekabr tarixində Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsi üzrə xidməti təşkil edən sərhəd gözətçi gəmisi tərəfindən Neftçala ra­yo­­nunun Həsənabad kəndi istiqamətində 2 üzmə vasitəsi müşahidə olunub, tanınma üçün zəruri tədbirlər həyata keçirilərək hər birində 2 nəfər heyət üzvü olan “Bayda” tipli üzmə vasitələri olmaları müəyyən edilib. Sərhəd gözətçi gəmisinin “Dayan” komandasına tabe olmayan şəxslər üzmə vasi­təsinin sürətini artıraraq ərazidən şərqə doğru uzaqlaşmağa cəhd edib, əlavə iki sərhəd gözətçi gəmisinin cəlb olunduğu axtarış-təqibetmə əməliyyatı nəticəsində baydalar sahil nəzarəti böl­mələri ilə qarşılıqlı əlaqədə saxlanılıb.

Qeyri-qanuni olaraq baydalarda rejim sularına çıxmış şəxslərin Neftçala şəhər sakinləri 1982-ci il təvəllüdlü İsayev Taleh Tahir oğlu, 1977-ci il təvəllüdlü İsayev Rahim Tahir oğlu, Neftçala rayonunun Bankə qəsəbəsinin sakinləri 1977-ci il təvəl­lüdlü Nağıyev Sulduz Ayaz oğlu və 1977-ci il təvəllüdlü Əliyev Xəyyam Bəxtiyar oğlu olmaları müəyyənləşdirilib.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda Ukrayna təyyarəsinin vurulmasına dair araşdırma başa çatıb, hesabat hazırlanıb

Sonrakı məqalə

Poçt şöbələri bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək