Dövlət Sərhəd Xidmətinin (DSX) soyuducuların və yeməkxana avadanlıqlarının əsaslı təmiri ilə bağlı elan etdiyi tender ləğv edilib. Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib. Ləğv edilmənin səbəbi açıqlanmayıb. Satınalmanın ümumi dəyəri 189 525 AZN olub. AzPost.az