Rusiya Dövlət Duması Ukraynanın separatçı Donbass hövzəsinin “respublikaları”nın müstəqilliyinin tanınması ilə bağlı Prezident Vladimir Putinə müraciətin qəbul olunması ilə bağlı qərarı fevralın 14-də verə bilər.
Bu barədə RİA “Novosti”yə Dövlət Dumasındakı mənbə bildirib.
“Biz bu məsələyə fevralın 14-də Duma Şurasında baxmağı planlaşdırırıq”, – mənbə qeyd edib.
Xatırladaq ki, Kommunist Partiyasından olan deputatlar Dumanın Rusiya Prezidentinə müraciət layihəsində Vladimir Putindən öz müstəqilliyini elan etmiş Donetsk və Luqansk Xalq Respublikalarının müstəqil dövlət kimi tanınması məsələsini nəzərdən keçirməyi, habelə bu qurumlarla danışıqlar aparmağı xahiş ediblər.