Dumada qəribə qanun layihəsi –"MDB-də rus dilində danışan hər kəs “həmvətən” sayılsın”

Rusiya Dövlət Dumasına yeni təqdim edilmiş qanun layihəsində rus dilini bilənlərin həmvətənlər anlayışına daxil edilməsi təklif olunub.

Azpost.info Dövlət Dumasının rəsmi saytına istinadən bildirir ki, qanun layihəsi Dumanın MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin tərəfindən irəli sürülüb.

 

Qanun layihəsində “həmvətən” anlayışının yeni variantı təklif edilir. Buna uyğun olaraq, “həmvətənlər” dedikdə Rusiya Federasiyasının dövlət dili olan rus dilində danışan və tarixən Rusiya ərazisində yaşayan xalqlara mənsub olan və birbaşa əcdadları Rusiya Federasiyasının ərazisində doğulmuş və ya yaşamış şəxslər kimi tanınır.

Eyni zamanda, qanun layihəsinin izahatında qeyd olunur ki, Sovet İttifaqının dağılmasından sonrakı 30 il ərzində SSRİ vətəndaşlığına malik olmayan yeni həmvətənlərin yetişdiyi nəzərə alınır.

Sənəddə deyilir: “Bununla əlaqədar olaraq, SSRİ vətəndaşlığı ilə əlaqəli “vətəndaş” anlayışı  çıxarılıb. Xaricdə yaşayan, ümumrus mədəni kimliyini, Rusiyanın dövlət dili olan rus dilini bilənləri “həmvətən” anlayışına daxil etmək təklif olunur”-deyə izahatda vurğulanır.

 

Əvvəlki məqalə

“Heç bir qüvvə Azərbaycanı seçdiyi yoldan döndərə bilməz” –

Sonrakı məqalə

Ukrayna ordusu İrpin şəhərini azad edib