Dünya 2020-nin gəlişini qarşılayır –Yeni Zelandiya yeni ili qarşılayan ilk ölkə oldu

Dünya boyu insanlar 2020-ci ilin gəlişini qeyd edirlər.

Yeni Zelandiya və başqa Sakit Okean hövzəsi adalarının sakinləri yeni ilin gəlişini atəşfəşanlıqla qeyd edən ilk insanlar olub. Dünyanın digər guşələrində yeni il şənliklər bir sıra narahatlıqlarla müşayiət olunur. Qızmar temperatur və genişmiqyaslı kol yanğınları ilə çarpışan Avstraliyanın bəzi şəhərlərində icmalar yeni il atəşfəşanlıqlarını təxirə salıblar.

Demokratiya təmayüllü nümayişlərin aylardır ki, vüsət aldığı Honq Konqda təhlükəsizlik səbəbləri üzündən ənənəvi atəşfəşanlıq təxirə salınıb. Yeni il vaxt zonaları ilə qərbə doğru irəlilədikcə Berlin, Dubay və Nyu Yorkda da yeni il şənlikləri planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zimbabve əhalisinin yarıdan çoxu aclıqla üzləşib

Sonrakı məqalə

ABŞ səfirindən Putinə qalmaqallı müraciət: