Dünya bazarında çay və şəkər neçəyədir? –QİYMƏTLƏR

Dünya bazarında çayın qiyməti ucuzlaşıb.

Azpost.info bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin oktyabr ayı üçün hazırlanmış hesabatında bildirilir.

Hesabata görə, oktyabr ayında çayın 1 kiloqramının dünya bazarı qiyməti əvvəlki ayla müqayisədə 3.8% azalaraq 3.2 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Şəkər isə bahalaşıb.

2024-cü ilin oktyabr ayında şəkərin dünya bazarı qiyməti əvvəlki aya nisbətən 3.1% artaraq 0.46 ABŞ dolları/kq səviyyəsində qərarlaşıb.

Hesabat ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 8 Noyabr 2024-cü il tarixli hesabatı əsasında hazırlanıb.

Əvvəlki məqalə

SOCAR Bolqarıstanın 10 məktəb və uşaq bağçasını təbii qazla təmin edəcək

Sonrakı məqalə

“Şolts Putinə zəng etməklə Pandora qutusunu açdı”