Dünya şöhrətli moda brendinin sahibi Valentino vəfat edib

Valentino moda evinin qurucusu italyan dizayner Valentino Klemente Ludoviko Garavani 93 yaşında vəfat edib.

Bu barədə “Corriere della Sera” qəzeti məlumat verib.

Nəşrin məlumatına görə, dizaynerin dəfn mərasimi 23 yanvar cümə günü keçiriləcək.

11 may 1932-ci ildə İtaliyanın Voghera şəhərində anadan olan Valentino Garavani yaradıcılıq karyerasına Parisdə başlayıb.

Orada o, peşəkar təhsil alıb, məşhur moda dizaynerləri Jan Dessais və Qay Laroşun atelyelərində çalışıb.

Vətəninə qayıdan dizayner 1958-ci ildə Romada öz dərzilik studiyasını açıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.