Dünyada ən çox işlənən söz birləşməsi hansıdır?- Oksford lüğəti müəyyənləşdirib

Oksford lüğəti 2019-cu ildə dünyada ən çox işlənən üç kəlməni müəyyən edib.

Azərtac “The New York Times” nəşrinə istinadla xəbər verir ki, bütün dünyada ən çox işlənən söz birləşməsi “climate emergency” (iqlim üzrə fövqəladə vəziyyət) olub. Bu söz birləşməsini onun bənzərlərinin – “iqlim tədbirləri”, “ekoloji narahatlıq”, “iqlim inkarı”nın da yer aldığı ekoloji qısa siyahıdan götürüblər.

Qeyd olunur ki, Oksford lüğətinin hər il ən çox işlənən söz və ya söz birləşmələrinin müəyyənləşdirilməsindən əsas məqsəd başa çatan ildə əsas problemləri göstərmək və mədəni əhəmiyyətli termin qismində onun uzunmüddətli statusunu təmin etməkdir. Bundan əvvəl ən çox işlənən kəlmələr “toksik”, “veyp” sözləri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda bələdiyyə sədri həbs edilib

Sonrakı məqalə

BDU-nun yataqxanasında 3 tələbə qız zəhərlənib