Dünyada indiyədək 169 610 nəfər koronavirusa yoluxub –

ÜST son durumu açıqladı
16 Mart 2020 - 10:54

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVİD-19) bağlı son məlumatı açıqlayıb. 

Təşkilatın martın 16-na olan məlumatına əsasən, 157 ölkədə virusa yoluxma halı qeydə alınıb.

Ümumi yoluxanların sayı 169 610, yeni yoluxanların sayı 192 nəfərdir.

Bildirilib ki, indiyədək yeni koronavirusdan 6518 nəfər ölüb. Onlardan 15-i yeni ölüm faktıdır. Xəstəliyə yoluxanlardan 77 776 nəfər sağalıb ki, onlardan 1600 nəfəri yeni sağalanlardır. (APA)