Dünyada koronavirusa yoluxanların sayı 9 milyon nəfərə yaxınlaşır –

Ümumdünya Səhiyyə Təşkilatı
24 İyun 2020 - 01:30

Dünyada koronavirusa yoluxanların ümumi sayı 9 milyon nəfərə yaxınlaşır.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

ÜST-ün məlumatına görə, son bir gündə dünyada COVID-19-a 133 mindən çox yoluxma aşkar edilib.

Təşkilat qeyd edib ki, ötən sutkada təhlükəli infeksiyadan daha 3 847 ölüm qeydə alınıb. Koronavirusdan ölən pasiyentlərin ümumi sayı 469 587 təşkil edir.

Rəsmi statistikaya əsasən pandemiya ərzində dünyada COVID-19-a yoluxanların sayı 8 993 659 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.