Dünyada koronavirusdan ölənlərin sayı 400 mini ötüb

07 İyun 2020 - 00:53

Dünyada COVID-19-a yoluxma nəticəsində ölüm hallarının ümumi sayı 400 126-ya çatıb.

Koronavirusa yoluxanların sayı isə 6 920 143-dür. İndiyədək 3 388 286 insan xəstəlikdən sağalıb. Hazırda virusa yoluxmuş 53 598 pasiyent ağır vəziyyətdədir.

Ən çox yoluxma və ölüm halları ABŞ-da, Braziliyada, Rusiyada, İspaniyada və Böyük Britaniyada qeydə alınıb.