Dünyada koronavirusdan sağalanların sayı 1,5 milyonu ötdü

Dünyada koronavirusdan sağalanların sayı 1 500 385 nəfərə çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ən çox sağalma ABŞ (256 336), İspaniya (176 439) və Almaniyada (145 600) qeydə alınıb.

Qeyd edək ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,1 milyonu, ölənlərin sayı isə 284 mini ötüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səudiyyə Ərəbistanı ƏDV-ni üç dəfə artırır

Sonrakı məqalə

Sabah hava necə olacaq?