Dünyada rusiyalı milyarderlərə məxsus 50 milyardlıq yaxta var
Rusiyalı milyarderlərinə məxsus 56 super yaxtanın siyahısı hazırlanıb. Onların ümumi bazar dəyəri təxminən 50 milyard avrodur.
Azpost.info xəbər verir ki, siyahını “Associated Press” agentliyi Britaniyanın “Vessels Value” qiymətləndirmə şirkəti ilə birgə tərtib edib. Məlumata görə, bu yaxtalar bir qayda olaraq, ekzotik ölkələrin bayraqları altında üzür və müəmmalı şirkətlərdə qeydiyyata alınırlar. “Bəzi yaxta sahibləri beynəlxalq qaydalarla nəzərdə tutulmuş AIS izləmə sistemini söndürərək yaxtalarını gizlədirlər.
Məsələn, Vahid Ələkbərovun “Galactica Super Nova” yaxtası sonuncu dəfə martın 2-də Monteneqrodan, Andrey Skoçun “Madam Qu”su isə martın 6-da Dubaydan yola düşərək özünü ələ verib. AIS-ı söndürməklə yaxta sahibləri öz bayraqlarını və bununla da dünyanın əksər ölkələrinin limanlarına zəng etmək imkanını itirmək riski ilə üzləşirlər”, – məlumatda bildirilir.
Azpost.info
