Dünyada son sutkada 700 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb

20 Dekabr 2020 - 11:20

Dünyada son sutkada 700 846 nəfər koronavirusa yoluxub, 13 289 nəfər ölüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabtında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 74 299 042 yoluxma hadisəsi, 1 669 982 ölüm faktı qeydə alınıb.

Yoluxmanın 50 faizdən çoxu Şimali və Cənubi Amerikanın (352 665) payına düşür. Digər yerləri isə Avropa (265 890), Cənub-Şərqi Asiya (35 166) bölüşür. (APA)