Dünyada son sutkada koronavirusa 509 mindən çox yoluxma qeydə alınıb

01 Aprel 2021 - 11:28

Dünyada son sutka ərzində 509 746 nəfər koronavirusa yoluxub, 8 855 nəfər ölüb.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 127 877 462 yoluxma hadisəsi, 2 796 561 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 45 faizdən çoxu Avropanın (230 467) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (149 102) ilə Cənub-Şərqi Asiya (63 837) bölüşür.