Dünyanın ən bahalı futbolçuları- SİYAHI

“CİES Football Observatory” Araşdırma Mərkəzi dünyanın ən bahalı futbolçularının reytinq siyahısını tərtib edib.

Apasport.az saytının məlumatına görə, “böyük beşlik” (İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa) ölkələrində çıxış edən ən bahalı 100 futbolçunun yer aldığı cədvələ yenə Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir.

Koronavirus pandemiyası səbəbindən yaranmış maliyyə problemi səbəbindən onun qiyməti 259,2 milyon avroya düşüb. İlk “üçlük”dəki digər iki oyunçu İngiltərə yığmasının üzvləridir. “Mançester Siti”li Rahim Sterlinq 2-ci, Dortmund “Borussiya”sının oyunçusu Ceydon Sanço isə 3-cü sırada yer alır.

“Barselona”nın argentinalı futbolçusu Lionel Messi 100,1 milyon avro ilə siyahıda 22-ci yerə enib. “Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronaldo isə 70-ci pilləyə yuvarlanıb. Transfer dəyəri 62,8 milyon avro olan 35 yaşlı Ronaldo “100-lüy”ün ən yaşlı futbolçusudur.

Ən bahalı qapıçı Ederson Moraeş (“Mançester Siti”), mərkəz müdafiəçisi Matteys de Liqt (“Yuventus”), cinah müdafiəçisi Trent Aleksandr-Arnold (“Liverpul”) müdafiəyəmeyilli yarımmüdafiəçi Bruno Fernandeş (“Mançester Yunayted”), orta sahə oyunçusu Frenki de Yonq (“Barselona”), hücumçu isə Kilian Mbappe (PSJ) göstərilib.

Ümumilikdə ilk “10-luq”da 5 ingilis futbolçu var.

İlk “20-lik”:

1. Kilian Mbappe (PSJ, Fransa) – 259,2 milyon avro
2. Rahim Sterlinq (“Mançester Siti”, İngiltərə) – 194,7 milyon
3. Ceydon Sanço (“Borussiya” Dortmund, İngiltərə) – 179,1 milyon
4. Trent Aleksander-Arnold (“Liverpul”, İngiltərə) – 171,1 milyon
5. Markus Reşford (“Mançester Yunayted”, İngiltərə) – 152,3 milyon
6. Məhəmməd Salah (“Liverpul”, Misir) – 144,9 milyon
7. Sadio Mane (“Liverpul”, Seneqal) – 139,2 milyon
8. Antuan Qrizmann (“Barselona”, Fransa) – 136,4 milyon
9. Alfonso Devis (“Bavariya”, Kanada) – 133,5 milyon
10. Harri Keyn (“Tottenhem”, İngiltərə) – 118,7 milyon
11. Roberto Firmino (“Liverpul”, Braziliya) – 118,5 milyon
12. Bernardo Silva (“Mançester Siti”, Portuqaliya) – 115,0 milyon
13. Qabriel Jezuş (“Mançester Siti”, Braziliya) – 113,1 milyon
14. Joao Feliks (“Atletiko”, Portuqaliya) – 107,9 milyon
15. Erlinq Haland (“Borussiya” Dortmund, Norveç) – 107,3 milyon
16. Serje Qnabri (“Bavariya”, Almaniya) – 106,8 milyon
17. Bruno Fernandeş (“Mançester Yunayted”, Portuqaliya) – 104,9 milyon
18. Matteys de Liqt (“Yuventus”, Niderland) – 104,7 milyon
19. Meyson Mount (“Çelsi”, İngiltərə) – 102,5 milyon
20. Frenki de Yonq (“Barselona”, Niderland) – 102,1 milyon.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda qəbiristanlıq yanır

Sonrakı məqalə

Ermənistanın Baş Qərargah rəisi istefa verdi